Aralıq dənizi tısbağaları Səngəçal yarımsəhrasının təbii məskunlarıdırlar. Onlar gələcəkdə yenidən təbiətə buraxılmaq şərtilə, Səngəçal terminalının inşası zamanı yığılmışlar. Aralıq dənizi tısbağası dünyada nəsli kəsilmək üzrə olan heyvan növlərinə aiddir və Beynəlxalq Təbiəti Mühafizə Birliyinin "Qırmızı kitab"ına daxil olunub. Azərbaycan bu heyvan növünün təsadüf olunduğu 25 ölkədən biridir. Aralıq dənizi tısbağaları təbiətdə 30-35 il, zooparklarda isə 150 ilədək ömür sürə bilirlər. Hazırda elmə məlum olan ən qoca tısbağanın 40 yaşı var. Siz çanağının üstündəki dairələrin sayına əsasən tısbağanın yaşını müəyyən edə bilərsiniz. Xəzər Enerji Mərkəzində biz onları meyvə, tərəvəz və otla yedizdiririk. Tısbağalar öz enerjilərini qorumaq üçün qış aylarında yuxuya gedirlər. Bu, noyabr ayının sonundan mart ayının sonunadək davam edir.
Qonaqların seyr etməsi üçün tısbağa sığınacağı apreldən noyabra qədər açıqdır.


